Ekvadorda 5,7 maqnitudalı zəlzələ baş verib.
Rezonans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri təxminən 154 min nəfər əhalisi olan Ambato şəhərindən 91 km şimal-şərqdə, zəlzələ ocağı 40 km dərinlikdə yerləşib.