Gürcüstan sərhəddində nəqliyyatın hərəkəti bərpa edilib

img

Gürcüstanla Rusiya arasında avtomobillərin hərəkəti bərpa olunub.

Rezonans.az xəbər verir ki, bu barədə  Respublikanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aparılan intensiv işlər nəticəsində Msxeta-Stepantsminda-Lars magistral yolununun 136 kilometrində avtomobillərin hərəkəti bərpa edilib. Qurumun məlumatında qeyd edilib ki, hazırkı mərhələdə nəqliyyat vasitələri müvəqqəti yoldan istifadə edə bilər. Paralel olaraq yolda əsaslı təmir işləri aparılacaq.

Qeyd edək ki, Gürcüstanda leysan bazar günü axşam saatlarında başlayıb. O, Rusiya Federasiyası ilə sərhədə yaxın yerləşən Mtsxeta-Mtianeti bölgəsinə ziyan vurub. Evləri, yol kənarındakı kafe və restoranları su basıb, yollar zədələnib. Respublikanın hakimiyyət orqanları yüksək dağlıq ərazilərdə qalmış turistləri təxliyə etmək üçün sərhəd polisi helikopterini birləşdirməli olub. Son məlumatlara görə, 150-dən çox əcnəbi fəlakət zonasından çıxarıla bilib. Torpaq uçqunu altında qalan yolda bir xarici vətəndaş motosikleti idarə etmək istəyərkən dünyasını dəyişib.

Yağışlardan sonra baş vermiş daşqın Rusiya-Gürcüstan sərhədinin neytral zonasında yerləşən yolun zədələnməsi ilə nəticələnib. Nəticədə "Kazbegi" gömrük-keçid məntəqəsi müvəqqəti olaraq bütün əməliyyatları dayandırıb.

Xəbəri paylaş: