Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, bir qrup şəhid övladlarının, qazilərin, ağsaqqalların, ziyalıların və gənclərinin iştirakı ilə, “2 fevral-Azərbaycan Gəncləri Günü” ilə bağlı Olimpiya İdman Kompleksində tədbir keçirilib.
Rezonans.az xəbər verir ki, tədbirdə çıxış edən icra başçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunduğunu, onların faydalı məşğulluğunun təmin edilməsini və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində işlərin görüldüyünü, xüsusən də 44 günlük Şanlı Vətən müharibəsində və ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı, həyata keçirilən antiterror əməliyyatlarında gənclərimizin - Şəhid və Qazilərimizin fədakarlığını vurğulayıb.
Müxtəlif sahələrdə çalışan bir sıra gənc uğurlu xidmətlərinə görə, Goranboy rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif ediliblər. Tədbirdə məktəblilərin ifasında musiqi proqramı nümayiş etdirilib.