Sudanın Omdurman şəhərində bazarda partlayış baş verib.
Rezonans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində ən azı 40 nəfər həlak olub. Digər təfərrüatlar hələlik açıqlanmayıb. Ölən və yaralıların sayının artacağı bildirilib.