Bu rayonlarda 8 mindən artıq ağac əkilib

Bu rayonlarda 8 mindən artıq ağac əkilib

Növbəti meşəbərpa tədbirləri bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Rezonans.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə keçirilən meşəbərpa tədbirləri zamanı ümumilikdə 8 mindən artıq  palıd, cökə, Eldar şamı  və qoz tingi əkilib.

O qeyd edib ki, ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.

Xəbəri paylaş: