Koronavirusa yoluxma sayı 540 milyonu ÖTDÜ

img

Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu, yoluxma nəticəsində ölənlərin sayı isə 6,32 milyon nəfəri ötüb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda deyilir.

 

Qeyd olunub ki, pandemiyanın başlamasından indiyədək 540 923 532 nəfər infeksiyaya yoluxub, onlardan 6 325 785 nəfəri dünyasını dəyişib.

 

İyunun 23-dən sonra yoluxanların sayı 1 590 289, ölənlərin sayı isə 2989 nəfər artıb.

 

Dünya ölkələri arasında yoluxma sayına görə ABŞ (85 673 420 nəfər) birinci yerdədir. İkinci sırada Hindistan (43 407 046), üçüncü yerdə isə Braziliya (31 890 733) qərarlaşıb.

Xəbəri paylaş: