Yeni il gecəsi terror törətdi, 5 il sonra

img

Bir neçə il öncə İstanbulda gecə klubunda İŞİD tərəfindən törədilən terror aktını maliyyələşdirən Rusiya vətəndaşı həbs edilib. 

 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsi tərəfindən terrorçuluq fəaliyyətinin təbliği maddəsi ilə açılmış cinayət işi çərçivəsində İŞİD üzvü olan Rusiya vətəndaşı Əbdürrəhman Əbdürrəhmanov saxlanılıb.

 

Ondan bank kartları, mobil telefonlar, ödənişlərin məsafədən idarə olunması üçün istifadə olunan fərdi kompüterlər və dini təbliğat xarakterli ədəbiyyat aşkar edilərək götürülüb. Məhkəmənin qərarı ilə Əbdürrəhman Əbdürrəhmanov həbs olunub.

 

Qeyd edək ki, 2017-ci ilin yeni il gecəsində Türkiyənin İstanbul şəhərindəki “Reyna” gecə klubuna silahlı hücum edilib. Terror aktı nəticəsində 39 nəfər ölüb.

Xəbəri paylaş: