![img](/uploads/posts/2025-02/medium/1000697434.jpg)
Avropa İnvestisiya Bankı (AİB) Kiyevə 2 milyard dollar ayırıb.
Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
"Mən indicə Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşdüm. Söhbət Ukrayna üçün daha 2 milyard dollar dəstəkdən gedir. Bu vəsait enerji sektorumuza, mənzil proqramlarımıza, infrastruktur layihələrimizə ayrılan vəsaitdir. Mən köməyə görə minnətdaram!" - deyə Zelenski bildirib.
Daha əvvəl ölkənin baş naziri Denis Şmıqal, AİB-nin Ukraynada sosial layihələri 116,5 milyon avroya maliyyələşdirəcəyini açıqlamışdı.
Kiyev dəfələrlə etiraf edib ki, Ukrayna yalnız hərbi xərclərini müstəqil şəkildə ödəyə bilər. Büdcənin bütün digər maddələri xarici yardım hesabına maliyyələşdirilir.