Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

img

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə Rezonans.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Kastamonu rayonunda qeydə alınıb. Konya istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxıb. Nəticədə avtobus tarlaya yuvarlanıb.

Hadisə zamanı 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Ölən şəxs avtobusun sürücüsüdür.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya yağıntılı hava ilə əlaqədar yolun sürüşkənliyi səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbəri paylaş: