
Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.
Rezonans.az Ermənistan mediasına istinadən xəbər verir ki, ölkə parlamenti fevralın 12-də keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.
Layihəni 63 deputat dəstəkləyib, cəmi 7 deputat əleyhinə çıxıb.
Bildirək ki, 2024-cü il yanvarın 9-da layihə Ermənistan Respublikası hökuməti tərəfindən təsdiq edilib.