
Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərdə dünyanın nüfuzlu media orqanlarının onunla müsahibəyə çan atması artıq ənənə halını alıb.
Ölkə prezidentinin həm qlobal iqtisadi-siyasi proseslər, həm Azərbaycanın xarici siyasəti, həm digər dövlətlərlə münasibətləri həm də digər məsələlərlə bağlı fikirləri, proqnozları böyük maraqla qarşılanır. O da maraqlıdır ki, Azərbaycan liderinin həyata keçirdiyi siyasətin və həmçinin proqnozlarının düzgünlüyü, dəqiqliyi bir müddət sonra öz təsdiqini tapır. Bu kimi hallar beynəlxalq media qurumlarını növbəti dəfə Prezident İlham Əliyevə müsahibə almaq üçün müraciət etməyə sövq edir. Davos Forumunda Çinin CGTN telekanalının ölkə başçısından müsahibə götürməsi bunun təsdiqidir
Azərbaycanın əlverişli coğrafi mövqeyi və dinamik iqtisadi artımı Çin şirkətləri üçün cəlbedici faktorlar sırasında yer alır. "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində iki ölkə arasında ticarət və nəqliyyat əlaqələrinin dərinləşməsi, Azərbaycanın mühüm tranzit və logistika mərkəzinə çevrilməsinə töhfə verir. Prezident İlham Əliyev xüsusilə nəqliyyat, energetika, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrində Çinin aparıcı şirkətlərinin sərmayə qoymaq niyyətində olduğunu qeyd edib. Artıq bu istiqamətdə real addımlar atılmaqdadır.
Bu gün Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq.
Prezident İlham Əliyev öz müsahibəsində iki ölkə arasında əlaqələrin gələcək perspektivlərinə də toxundu. Bildirdi ki, “Bəli, gözləntilər çox böyükdür. Lakin mən əminəm ki, istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Bizim indicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər”.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi