Azərbaycan və Somali arasında qurulan əlaqələr hər iki dövlətin iqtisadi və sosial inkişafına təkan verəcəkdir

img

Fevralın 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Somali Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən görüş ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Liderlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edərək, iqtisadi, siyasi, müdafiə və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atdılar. Bu, ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında önəmli bir mərhələ hesab olunur. Dövlətimizin başçısı mətbuata bəyanatında bu tarixi səfərin ölkələr arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını bildirib.

Görüş zamanı iqtisadi, ticari, müdafiə və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün müxtəlif razılaşmalar əldə olunub. Sənədlərdə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, eləcə də müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Azərbaycan və Somali iqtisadi sahədə əməkdaşlıq imkanlarını genişləndirməyə hazır olduqlarını bəyan ediblər. Görüşdə sərmayə qoyuluşları və ticari əlaqələrin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olub. Azərbaycan Somalinin inkişafına töhfə vermək məqsədilə infrastruktur layihələri, liman qurğuları və kənd təsərrüfatı sahələrində əməkdaşlığı nəzərdən keçirməkdə maraqlıdır. Cənab İlham Əliyev Somali ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın bu dost ölkənin iqtisadiyyatına sərmayə qoymaq niyyətində olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə Azərbaycanın böyük nümayəndə heyəti Somaliyə səfər edərək potensial investisiya sahələrini araşdıracaq. Gələcəkdə bu əməkdaşlığın konkret layihələrlə davam etdirilməsi planlaşdırılır. İnfrastruktur, logistika və kənd təsərrüfatı qarşılıqlı maraq doğuran əsas sahələr kimi dəyərləndirilir. Tərəflər bu sahələrdə əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini vurğulayaraq, mövcud potensial və imkanları müzakirə ediblər. Özünü təmin etmə modeli və inkişaf strategiyaları çərçivəsində tərəfdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Azərbaycan və Somali beynəlxalq arenada bir-birini dəstəkləməyə davam edəcəklərini bildiriblər. Xüsusilə, BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu dəstək həm siyasi, həm də iqtisadi cəhətdən hər iki ölkə üçün əhəmiyyətlidir. Azərbaycan və Somali beynəlxalq təşkilatlarda ortaq maraqları müdafiə etməyə davam edəcəklər. Beynəlxalq təsisatlarda tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirən cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, ölkələrimizin xarici işlər nazirləri çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda ölkələrimizin bir-birinə dəstəyi birmənalı olaraq davam etdiriləcək. Çünki hər iki ölkə üçün arxalanacağı tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir. Yekun olaraq qeyd edək ki, bu Afrika ölkəsi ilə əmkdaşlıqda ölkəmizin humanitar, müdafiə, təhsil sahəsində Somaliyə qardaş əli uzatması, ona çoxsaylı problemlərin həllində yardım etmək istəyi diqqətdən qaçmır. Bu istək, bu əməkdaşlıq dövlət olaraq Azərbaycanın, onun rəhbərinin strateji xəttidir. Humanizmə və tərəfdaşlığa əsaslanan xəttdir. Prezidentlər arasında aparılan müzakirələr və imzalanan razılaşmalar iki ölkə arasında daha dərin və davamlı əlaqələrin qurulmasına zəmin yaradacaq. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regional və beynəlxalq əməkdaşlığın təşviqinə töhfə verəcək. İmzalanan sənədlər və aparılan müzakirələr Azərbaycan və Somali arasında yeni əməkdaşlıq imkanları açaraq, ikitərəfli münasibətlərin gücləndirilməsinə təkan verəcək. Qarşılıqlı maraqlara əsaslanan bu tərəfdaşlıq iqtisadi, siyasi və təhlükəsizlik sahələrində uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradacaq. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regional və beynəlxalq əməkdaşlığın təşviqinə töhfə verəcək. Gələcəkdə həyata keçiriləcək layihələr və əməkdaşlıq formatları iki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Azərbaycan və Somali arasında qurulan bu yeni əlaqələr beynəlxalq səviyyədə mövqelərini möhkəmləndirməklə yanaşı, hər iki dövlətin iqtisadi və sosial inkişafına təkan verəcəkdir.

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: