Kəlbəcər SMSİİ-də “Konstitusiya və Suverenlik İli”nə həsr olnumuş tədbir keçirilib

img

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2025-cil il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

Rezonans.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən rayonda fəaliyyət göstərən idarə-müəssisə rəhbərlərinə ciddi tapşırıq verilmiş və tədbirlər planına uyğun olaraq “Konstitusiya və Suverenlik İli”nə həsr olnumuş tədbirlərin keçirilməsi tapşırılmışdır.

“Konstitusiya və Suverenlik İli”ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində şəhid ailəsinin və Vətən müharibəsi qazisinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümumilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrundan şəhid olan soydaşlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yadd edilib.

İdarənin rəisi Azər Xankişiyev dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən elan edilən “Konstitusiya və Suverenlik İli”nin mahiyyətindən danışıb. Hər zaman şəhid ailələrinə, qazilərə və veteranlara Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi yanaşıldığını bildirib.Qarabağımızda sürətli quruculuq işlərinin aparıldığını vurğulayıb.
Tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev və qazi Elvin Hüseynov, şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli”ilə bağlı tədbirlər ilboyu keçiriləcəkdir.



Xəbəri paylaş: