Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransı keçiriləcək

img

İyunun 30-da ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı keçiriləcək. Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.

Rezonans.az xəbər verir ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcək.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərində olacaq, burada aparılan  quruculuq  və abadlıq işləri ilə tanış olacaqlar. 

Xəbəri paylaş: