
ABŞ-də Pensilvaniya xəstəxanasında silahlı şəxs tibb işçilərini girov götürərək atəş açıb.
Rezonans.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxananın üç əməkdaşı, o cümlədən bir həkim və iki polis əməkdaşı yaralanıb. Onların vəziyyəti stabildir.
Hücum edən şəxs dəhlizdə başlayan atışma zamanı öldürülüb.
Polis hələ ki, atəş açan şəxsin kimliyini bilmir.