
22 fevral 2025-ci il tarixində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Şuranın əməkdaşı Əli Fərzəliyev və Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov ilə birlikdə Qəbələ Mediasiya Təşkilatının ofis şəraiti, görülən işlər ilə tanış olub. Görüşdə Qəbələ 1 saylı mediasiya təşkilatının rəhbəri Ədalət Əliyev, mediator Günel Ağayeva, təşkilatın əməkdaşları Səma İlyaslı və Aytac Səmədzadə iştirak edib.
Rezonans.az xəbər verir ki, Qəbələ 1 saylı mediasiya təşkilatının rəhbəri Ədalət Əliyev qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib, görülən işlər barədə məlumat verib və keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsindəki nailiyyətləri qeyd edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Qəbələ 1 saylı mediasiya təşkilatının fəaliyyətinə uğurlar arzu edib və qısa müddətdə əldə olunan nəticələrə görə təşəkkür edib.