Lavrov sabah Ankarada Fidanla görüşəcək

img

Rusiya xarici işlər naziri Sergey Lavrov sabah Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək.

Rezonans.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, xüsusilə ticarət, enerji və turizm məsələləri ətraflı müzakirə olunacaq. Diplomatik səylərlə Ukraynada müharibənin ədalətli və davamlı sülhlə başa çatması ilə bağlı fikir mübadiləsi aparılacaq.

Həmçinin, ABŞ və Rusiya arasında son təmaslar və Türkiyənin prosesə verə biləcəyi töhfələr qiymətləndiriləcək. Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin yaxın günlərdə bu rolu öz üzərinə götürməyə hazır olduğu vurğulanacaq.

Xəbəri paylaş: