Hakimliyə namizədlərlə yazılı imtahan keçirildi

img

Bu gün hakimliyə namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən onlarla tədrisin nəticələri üzrə Dövlət İmtahan Mərkəzində yazılı imtahan keçirilib.

Rezonans.az xəbər verir ki, imtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanıb, həmin suallardan cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisi seçilib.

Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanılıb.

4 saat davam edən imtahanda namizədlər verilmiş kazus xarakterli məhkəmə işlərini həll etməklə, cinayət və mülki sahələr üzrə qərarlar tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

Xəbəri paylaş: