MŞ-nın rəhbərliyi Ağsu 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

img

22 fevral 2025-ci il tarixində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Şuranın əməkdaşı Əli Fərzəliyev və Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov ilə birlikdə Ağsu 1 saylı mediasiya təşkilatının ofis şəraiti, görülən işlər ilə tanış olub. Görüşdə Ağsu 1 saylı mediasiya təşkilatının rəhbəri Bəhruz Nəsirov, mediatorlar Mələkxanım Məmmədli, Vəfalı Fətullayev, Nicat Rüstəmov və Fərman Əhmədov iştirak edib.

Rezonans.az xəbər verir ki, Ağsu 1 saylı mediasiya təşkilatının rəhbəri Bəhruz Nəsirov qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib, görülən işlər barədə məlumat verib və keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsindəki nailiyyətləri qeyd edib.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Ağsu 1 saylı mediasiya təşkilatının fəaliyyətinə uğurlar arzu edib və qısa müddətdə əldə olunan nəticələrə görə təşəkkür edib.

Xəbəri paylaş: