"Əbədiyaşar oğullarımız" adlı tədbir həyata keçirilib

img

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Tarix Diyarşünaslıq Muzeyi  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar olaraq "Əbədiyaşar oğullarımız" adlı tədbir həyata keçirib.


Rezonans.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın xatirəsini yad etmək, onların həyat və döyüş yolu haqqında müfəssəl məlumatların gənc nəsillərə çatdırılması, təbliği  olmuşdur. 

Bununla əlaqədar olaraq muzey kollektivi İkinci Qarabağ Müharibəsində vətən sevgisi ilə  Şuşa istiqamətində irəliləyən mərd ərənlərimizin həyat və döyüş yoluna bir daha nəzər salmaq və "Şuşa fatehləri"- ni  yad etmək məqsədi ilə  iki ünvana baş çəkmişdir. 


İlk olaraq İkinci Qarabağ Müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi, döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsinə qədər yüksələn vətənin mərd oğlu Aqşin Ənvərlinin ailəsi ziyarət edilmişdir.


Görüş zamanı Qəbələ rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bəxtiyar Vəliyev 2020 - ci ilin 27 sentyabr tarixində düşmənə qarşı layiqincə mübarizə aparan və bu yolda canını fəda edən qəhrəman oğullarımızın həyat və döyüş yolu haqqında geniş mövzuda çıxış etmişdir. O bildirmişdir ki, bu qəhrəman oğullarımız hünər və rəşadəti ilə tariximizə qızıl səhifələr yazdı. Ölümləri ilə əbədi ölümsüzlük qazandılar və bütöv bir xalqın oğlu, övladı oldular.


Tədbir iştirakçıları daha sonra  şəhidin adına əbədiləşdirilmiş bulaq kompleksini və yaşadığı küçədə  yenicə açılmış barelyefini də ziyarət etmişdir. Şəhidin valideynləri  övladları ilə fəxr etdiklərini və xalqımızın dərin ehtiramı, dövlətimizin şəhid ailələrinə göstərdiyi böyük diqqət və qayğısı haqqında söhbət açmışdır.


Daha sonra muzeyin  əməkdaşları İkinci Qarabağ Müharibəsinin şəhidi Elməddin Mustafayevin adına əbədiləşdirilmiş bulaq kompleksinə də baş çəkmişdir.Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Biz Sizinlə qürur duyuruq vətən oğulları!

Xəbəri paylaş: