
Ermənistanın Ararat rayonunda “VAZ” markalı minik maşını ilə sərnişin qatarı toqquşub.
Rezonans.az erməni KİV-ə istinadən xəbər verir ki, yol qəzası nəticəsində iki azyaşlı xəsarət alıb. Onların vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Qeyd olunub ki, martın 5-də baş vermiş qəza nəticəsində uşaqların valideynləri ölüb, özləri isə hazırda reanimasiyadadırlar.
İlkin məlumata görə, İrəvan-Yerasx marşrutu ilə hərəkət edən qatarla toqquşmaya səbəb avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması olub.