Lerikdə zəlzələ olub

img

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Rezonans.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınmışdır”, – Mərkəzin məlumatında diqqətə çatdırılıb.

Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.


Xəbəri paylaş: