
Dövlət başçısı İlham Əliyev Forum zamanı “Euronews” televiziyasına müsahibəsində hamının qlobal səviyyədə üzləşdiyi əsas çağırışlardan bəhs edərək bildirdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır.
Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq. Öz müsahibəsində cənab Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxundu və bildirdi ki, bundan sonra beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası hələ heç kəsə məlum deyil. Aydın olan yalnız odur ki, ilk növbədə, istənilən bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Dövlət başçımızın səsləndirdiyi son dərəcə maraqlı fikirlərdən biri də bu oldu ki, bundan sonra ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, daha çox ikitərəfli münasibətlərə əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Bütün bu deyilənlərlə yanaşı, cənab Prezident İlham Əliyevin müsahibəsində Cənubi Qafqazın gələcəyinə dair gözləntiləri ilə bağlı ifadə etdiyi fikirlər əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edir. Onilliklər ərzində Cənubi Qafqazın qarşıdurma və düşmənçilik bölgəsi olduğunu vurğulayan dövlət başçısı bu gün artıq növbəti silahlı münaqişələri istisna edəcək effektiv təhlükəsizlik mexanizmlərinin yaradılmasının və sovet dönəmində olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmağın zəruri olduğunu bildirdi.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi