Novruz bayramında itkin düşən yeddi nəfər tapılıb

img

Martın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Rezonans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəbəri paylaş: