
Zaqatalada evdə yanğın olub, ölən var.
Rezonans.az xəbər verir ki, hadisə rayonun Muxax kəndində 1940-cı il təvəlüdlü Ömərova Gözəl Xalıq qızına məxsus yaşayış evində qeydə alınıb.
Yanğın yerinə Zaqatala rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Ümumi sahəsi 150 m² olan 1 otaqlı yaşayış evinin bir otağının 50 m² hissəsi və çardağının 20 m² hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı evdə olan 1972-ci il təvvəlüdlü Ömərova Arzu İbrahim qızı yanaraq həyatını itirib.