
Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Yuxarı Salahlı kənd orta məktəbində narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Qazax Rayon Prokuroru Rövşən Əliyev, ictimaiyyət nümayəndələri, eləcə də məktəblərin müəllim və şagird kollektivi iştirak edib.
Rezonans.az xəbər verir ki, çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov narkotikin insanın immun sisteminə və dünyagörüşünə vurduğu ağır fəsadlardan bəhs edib. Eləcə də erkən nikah mövzusuna da toxunan rəis, bu cür halın yaratdığı problemlər haqda ətraflı məlumat verib. Gənclərə bu problemlərlə üzləșməmək üçün sağlamlıqlarının qeydinə qalmağı və yüksək savada yiyələnmələri tövsiyə olunub.
Həmçinin tədbirdə Polis Akademiyası haqqında da dolğun bilgilər verilib. Burada təhsil almaq istəyənlər üçün yaradılmış şərait şagirdlərin diqqətinə çatdırılıb.