ADA Siyasi Forumu Azərbaycan Respublikasının dünya arenasında mövqeyini bir daha gücləndirib

img

Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum qlobal siyasət və təhlükəsizlik məsələləri baxımından mühüm önəm kəsb edir. Bu forum mövcud geosiyasi reallıqları, eləcə də təhlükəsizlik təhdidlərini nəzərə alaraq, regionda və dünyada mövcud olan mürəkkəb vəziyyəti dəyərləndirmək üçün fikir mübadiləsi aparılmasına imkan yaradıb. Dünya siyasətinin tanınmış nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan Prezidenti öz çıxışında çağdaş dövrün aktual mövzularını dərindən təhlil edərək, dövlətimizin bu məsələlərə yanaşma tərzini və strateji baxışını nümayiş etdirib.

Ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlər kimi bu Forumun iştirakçıları da  işğaldan azad olunmuş ərazilərə səfər edib, münaqişənin tarixi, Azərbaycanın bugünkü reallığı, beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünü və suverenliyini, eləcə də bərpa-quruculuq işlərini öz gücü ilə təmin etməsinə dair uğurlu təcrübə ilə tanış oldular. Daha sonra regionda yaranan yeni reallıqlar fonunda dünyanın ən təcrübəli liderlərindən biri kimi dövlətimizin başçısına müxtəlif suallar ünvanlandı. Forumda istər ölkəmizdə idarəçiliyin formalaşması, istər işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası, eyni zamanda Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, irəli sürülən təkliflər, region ölkələri ilə münasibətlər və qlobal məsələlərlə bağlı müzakirələr də aparıldı. ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin Ermənistanın yanlış siyasətini ifşa edən fikirləri əslində bu ölkənin siyasi rəhbərliyi üçün dərs olmalıdır. Hazırda bu ölkənin revanş hissi ilə silahlanması region üçün əlavə təhlükələr yaradır. Lakin Azərbaycan istənilən təhdidə qarşı barışmaz mövqe tutacaq və ölkəmizə qarşı hər hansı ziyan vuracağı təqdirdə Ermənistanı ağır formada cəzalandıracaq. Prezident İlham Əliyev forumda müxtəlif sualları cavalandırarkən bir daha bəyan etdi ki, Azərbaycan beynəlxaq ədalətin tərfdarıdır və dünyada baş verən proseslərə də məhz bu əsasdan yanaşır. Ölkə başçısının Rusiya-Ukrayna münaqişəsi, beynəlxalq təşkilatların fəaliyyəti, eləcə də iqtisadi münasibətlər haqqında fikirlərinə diqqət yetirdikdə deyilənlərin əyani şahidi olmaq mümkündür.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: