Ana dilinin bir dövlətin rəsmi statusuna yüksəlməsi tarix boyu bir çox xalqlar üçün həm mədəni, həm də siyasi mübarizə obyektinə çevrilmişdir

img

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbərlik etdiyi ilk dövrlərdən başlayaraq milli-mədəni dəyərlərə, dil və ədəbiyyata xüsusi önəm vermişdir. Ulu Öndərin təşəbbüsü ilə dil, tarix, ədəbiyyat sahəsində bir çox institutlar yenidən qurulmuş, ana dilində təhsil və nəşriyyat fəaliyyəti gücləndirilmişdir. Lakin ən mühüm və strateji addım 1978-ci il konstitusiya dəyişikliyi idi. Bu dəyişikliklə Azərbaycan dili ilk dəfə olaraq konstitusion status qazanmışdır. Həmin maddədə dilin dövlət idarəçiliyində, rəsmi sənədlərdə və təhsil sistemində əsas rol oynaması hüquqi zəmanət altına alınmışdır. Dahi Lider Heydər Əliyev Sovet rəhbərliyinin təzyiqlərinə baxmayaraq, xalqın milli ruhunu qorumağı və dilini gələcək nəsillərə ötürmək üçün hüquqi zəmin yaratmağı əsas prioritet kimi müəyyən etmişdir. 

Müasir Azərbaycanın qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin tariximizin hər səhifəsində özünəməxsus tarixi əhəmiyyətli addımları olmuşdur. Azərbaycan hələ SSRİ-nin tərkibində olarkən müstəqil Azərbaycan planlarını quran uzaqgörən siyasətçinin bütün fəaliyyəti Azərbaycançılıq, millətçilik üzərində qurulmuşdur. SSRİ-də rəhbər vəzifədə çalışdığı zaman hər fürsətdə Azərbaycan üçün böyük işlər görmüş, aldığı qərarların gələcəkdə qurulacaq Azərbaycan üçün nə qədər faydalı olacağını zərgər dəqiqliyi ilə hesablamışdır. Məhz, belə qərarlardan biri də doğma ana dilimiz-Azərbaycan dilinin rəsmi dövlət dili kimi tanınması ilə bağlı olmuşdur. SSRİ-nin tərkibində olan zaman ziyalılarımız, tarixçi-dilçi alimlərimiz tərəfindən dəfələrlə dilimizin dövlət dili kimi tanınmasına cəhd edilsə də buna nail olunmamışdır. Bu gün Ümummilli Liderin layiqli davamçısı olaraq Prezident İlham Əliyev Ana dilinin inkişafı və qorunmasına yönəlik dövlət strategiyasını uğurla davam etdirərək, dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın səyləri nəticəsində Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dili bu gün artıq dünyada 50 milyondan çox insan üçün ana dilidir. Bu proses günbəgün qloballaşır, davamlı olaraq inkişaf edir. Ölkə başçısının rəhbərliyi ilə Vətənimizdə həyata keçirilən böyük tədbirlər vasitəsilə bu günə qədər dünya xalqlarını təmsil edən milyonlarla insanın ana dilimiz haqqında təəssüratları formalaşmaqdadır.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: