Mediatorlar klubunun sayca 13-cü qeyri-rəsmi görüşü keçirilib

img

3 may 2025-ci il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə mediatorların sayca 13-cü səhər yeməyi baş tutub. 

Rezonans.az xəbər verir ki, səhər yeməyinin qonaqları Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Respublikası Milli Majlis'in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və Ankara Medipol Universitetinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Mustafa Arslan olub.

Səhər yeməyində mediatorlar və mediasiya təşkilatı rəhbərləri ilə yanaşı Mediasiya Şurası İdarə Heyətinin üzvləri və İdarə heyətinin sədri Nadir Adilov iştirak edib.

Nadir Adilov mediatorlara qonaqları təqdim edib və dəvəti qəbul etdiklərinə görə qonaqlara təşəkkür edib.

Qonaqlar Mediasiya Şurasının əldə etdiyi nailiyyətləri qeyd edib və mediatorlarla ictimaiyyət arasında daha sıx körpünün yaradılmasının, dövlət orqanları və millət vəkilləri ilə əməkdaşlığın qurulmasının önəmini və digər səmərəli təklifləri mediatorların diqqətinə çatdırıblar.

Görüş səmimi müzakirələrlə davam edib.

Xəbəri paylaş: