Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş anım konserti keçirilib

img

YAP Gəncə şəhər təşkilatının və GDU nəzdində Regional Kollecin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş anım konserti keçirilib.

Rezonans.az xəbər verir ki, tədbirdə, Kollecin Mədəniyyət və İncəsənət şöbəsinin müəllim və tələbə kollektivi dahi liderin əziz xatirəsinə həsr olunmuş musiqi nömrələri və ədəbi-bədii kompozisiyalarla çıxış etdilər. Konsert proqramı böyük maraqla qarşılandı və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.

Konsertin əsas məqsədi, Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənc nəslə tanıtmaq, milli dəyərlərə sədaqəti və vətənpərvərlik ruhunu aşılamaq oldu.

Tədbirdə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Komitənin əməkdaşları da qonaq qismində iştirak etdilər.

Xəbəri paylaş: