
Rusiyanın Ukraynanın Sumı vilayətində Belopolye yaxınlığında mülki avtobusa endirdiyi aviazərbə nəticəsində azı 9 nəfər həlak olub.
Rezonans.az xəbər verir ki, bu barədə Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov videomüraciətində bildirib.
Administrasiya rəhbəri mərmi nəticəsində 5 nəfərin yaralandığını bildirib. Xilasetmə əməliyyatı davam edir.