Mediatorlar klubunun sayca 14-cü qeyri-rəsmi görüşü keçirilib

img

17 may 2025-ci il tarixində Mediasiya Şurasının təşkilatçılığı ilə mediatorların sayca 14-cü səhər yeməyi baş tutub. 

Rezonans.az xəbər verir ki, səhər yeməyinin qonaqları Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev, Milli Majlis'in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat, Ədalət, Hüquq, Demokratiya Partiyasının qurucusu və hazırki sədri Qüdrət Həsənquliyev və Azərbaycan Respublikasının Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri Nüsrət İbrahimov olub.

Səhər yeməyində mediatorlar və mediasiya təşkilatı rəhbərləri ilə yanaşı Mediasiya Şurası İdarə Heyətinin üzvləri və İdarə Heyətinin sədri Nadir Adilov iştirak edib.

Nadir Adilov mediatorlara qonaqları təqdim edib və dəvəti qəbul etdiklərinə görə qonaqlara təşəkkür edib.

Qonaqlar Mediasiya Şurasının əldə etdiyi nailiyyətləri qeyd edib və mediatorlarla ictimaiyyət arasında kommunikasiyanın yaradılması, dövlət orqanların millət vəkilləri və əlaqəli sahələrin qurumları ilə əməkdaşlığın qurulmasının önəmini və bunun üçün səmərəli təklifləri mediatorların diqqətinə çatdırıblar.

Görüş səmimi müzakirələrlə davam edib.

Xəbəri paylaş: