
Dövlət başçısı İlham Əliyev 21 may 2025-ci il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunmuş və bu görüşün ölkəmiz üçün əlamətdar olduğunu bildirmişdir.
Bu gün Azərbaycan artıq bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir. Bu əməkdaşlıqlar çərçivəsində son illərdə ölkəmiz özünün çoxvektorlu xarici siyasətində xüsusilə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini prioritet olaraq müəyyən edib, türk dünyasının ayrılmaz bir parçasına çevrilib. Hər il təşkil edilən bu Zirvə görüşləri əbəs yerə keçirilmir. Belə ki, bu görüşlər Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı daha da güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. TDT çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Türk dövlətləri arasında qarşılıqlı anlaşmanı möhkəmləndirib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını artırıb. Belə platformalar ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan münasibətləri daha da inkişaf etdirib, türk dövlətlərinin beynəlxalq nüfuzunu gücləndirib. Prezident İlham Əliyev çıxışında ölkəmizin nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Azərbaycan Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olmaqla türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Bakı gəmiqayırma zavodunda hazırda 10 yeni gəmi inşa edilməkdədir. Bu təşəbbüslər həm daxili nəqliyyat potensialını artırıb, həm də türk dövlətləri üçün alternativ və təhlükəsiz nəqliyyat marşrutları təmin edib.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi