
1993-cü ilin yayında Azərbaycan uçurumun kənarında dayanmışdı. Xalq arasında ümidsizlik, dövlət strukturlarında iflic, cəbhədə isə düşmənin üstünlüyü hökm sürürdü. Bu ümidsizlikdən doğan bir nida vardı Heydər Əliyev qayıtsın!
15 iyun 1993-cü ildə bu çağırış cavabını tapdı. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bu, Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Təkcə bir siyasi dəyişiklik yox, milli ruhun dirçəlişi, dövlətçiliyin xilası baş verdi.
Həmin gündən sonra xalq öz dövlətinə inanmağa başladı. Qanunçuluq bərqərar edildi, ordu gücləndirildi, müstəqil Azərbaycanın təməl daşları möhkəmləndirildi. Bu günün mahiyyəti odur ki, azərbaycanlılar artıq öz taleyinə sahib çıxmağı bacardılar.
15 İyun – bu, tarixdir. Amma eyni zamanda gələcəyin təməlidir. Xalqın iradəsi, liderin gücü və vətənə inamın bayramıdır.
ELXAN SÜLEYMANOV