GDRK-də yaz imtahan sessiyası keçirilib

img

Ölkənin bir çox təhsil müəssisələrində olduğu kimi Gəncə Regional Kollecində qiyabi şöbə tələbələrinin 2024-2025-ci tədris ilinin yaz imtahan sessiyası keçirilib. Sessiya müddətində tələbələrin bilik və bacarıqları qiymətləndirilib, əldə etdikləri akademik nəticələr əsas götürülərək qiymətləri müəyyən olunub.

Rezonans.az xəbər verir ki, imtahan sessiyası 2025-ci ilin iyun ayının sonlarına qədər davam edəcək. Bu müddət ərzində hər bir tələbə tədris proqramında nəzərdə tutulan fənlər üzrə imtahan verib. Kollec rəhbərliyi sessiyanın şəffaf və obyektiv keçirilməsi üçün xüsusi komissiyalar yaradıb. 

Qeyd edək ki, yaz sessiyası eyni zamanda tələbələrin öyrənmə motivasiyasını artırmaqla yanaşı, müəllimlərin də tədris keyfiyyətinə verdiyi əhəmiyyəti ortaya qoyub. Bir çox fənlər üzrə orta müvəffəqiyyət faizi yüksəlib, bu da tədris prosesindəki irəliləyişləri əks etdirir.

Xəbəri paylaş: