“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır

img

"8 Noyabr" Elektrik Stansiyası 1280 meqavatlıq gücə malik olacaq. Bu, ölkəmizdə tikilən ən böyük elektrik stansiyasıdır. Müasir texnologiyalar əsasında qurulan bu stansiya yüksək səmərəliliklə işləyəcək və ətraf mühitə minimal təsir göstərəcək. Layihə çərçivəsində istifadə edilən kombinə edilmiş çevrim texnologiyası həm istilik, həm də elektrik enerjisi istehsalını optimallaşdırır. Mingəçevir şəhəri Azərbaycanın enerji xəritəsində hər zaman mühüm yer tutmuşdur. Burada artıq hidroenerji potensialı mövcud idi və Kür çayı üzərində salınmış su anbarı gələcək istilik elektrik stansiyasının fəaliyyətinə əlavə dayaq yaratdı. Bu baxımdan şəhər həm strateji mövqeyinə, həm də infrastruktur imkanlarına görə ideal məkan idi.

“8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir.  Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın  yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını,  energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” Elektrik Stansiyası  ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji  potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və  beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi  olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu  Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın  doğru yolda olduğunu göstərir. Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı bir daha vurğulayıb ki, enerji təhlükəsizliyi Azərbaycanın milli maraqlarını qoruyan və strateji sabitliyi təmin edən əsas prioritetlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, son illərdə ölkəmiz enerji sahəsində mühüm nailiyyətlər əldə edib. Azərbaycanda daxili enerji tələbatı tam şəkildə yerli imkanlar hesabına ödənilir, bu isə ölkəni xarici asılılıqdan qoruyur. Eyni zamanda, yeni enerji mənbələrinin istifadəyə verilməsi Azərbaycanın ixrac potensialını daha da artırır və ölkəmizi regionun aparıcı enerji ixracatçılarından birinə çevirir. Mingəçevir nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzinə çevriləcək. Hazırda ölkənin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. “8 Noyabr” Stansiyasının istismara verilməsi ilə generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək. Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində 1 kvts elektrik istehsalına şərti yanacaq sərfiyyatının 120 qram azaltmaqla 345 qramdan 225 qrama enməsinə imkan verir.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: