İlon Mask Roma Papası ilə görüşüb

img

Tesla" və "SpaceX" şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Mask Roma Papası Fransisklə görüşüb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Mask özünün "Twitter" səhifəsində yazıb.

 

"Bir gün əvvəl Roma Papası Fransisklə görüşmək mənim üçün böyük şərəf idi", - deyə amerikalı milyarder bildirib.

 

O, görüşün təfərrüatları barədə məlumat verməyib.

Xəbəri paylaş: