"Öz Məkan"da nöqsanlar aşkarlandı

img

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, Ələt-Astara magistral avtomobil yolunun 114-cü kilometrliyində fəaliyyət göstərən, fiziki şəxs Vəkil Mikayıl oğlu Ağayevə məxsus “Öz Məkan“ kafesində yoxlama keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Rezonans.az-a verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub.

Xəbəri paylaş: