
Mədətov Fərhad SOCAR Azəriqaz İB-də Baş Direktorun maliyyə üzrə müavini təyin edilib.
Rezonans.az xəbər verir ki, F.Mədətov Azərbaycanın ərazi bütovlüyü uğrunda İkinci Qarabağ Müharibəsinin veteranıdır. İkinci Qarabağ Müharibəsinin başladığı 27 sentyabr 2020-ci il tarixindən etibarən Fizuli, Cəbrayıl, Hadrut, Zəngilan, Ağdam, Ağdərə rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, “Cəbrailin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Ehtiyatda olan zabitdir.
28 fevral 2025-ci ildən “SOCAR Azəriqaz İB”-də Baş Direktorun müşaviri kimi fəaliyyətini davam etdirib.