
Ağdam rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, rayonun Səfərli kəndində ümumi sahəsi 126 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.