Tramp 150 ölkəyə gömrük rüsumları tətbiq edəcək

img

ABŞ 150-yə yaxın “kiçik” ölkədən mal idxalına 10-15% rüsum tətbiq etməyi planlaşdırır.

Rezonans.az xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp "Real America" telekanalına müsahibəsində deyib.

"Biz qalan 150-yə yaxın kiçik ölkəyə də eyni tarifi tətbiq edəcəyik. Və yəqin ki, 10% və ya 15% olacaq. Biz hələ qərar verməmişik", - Amerika prezidenti bildirib.

Bundan əvvəl Tramp bildirib ki, Vaşinqton BRİKS-in “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələrə qarşı 10%-lik əlavə ticarət tarifləri tətbiq edəcək.

Aprel ayında ABŞ prezidenti 185 ölkə üçün yeni tarif sistemi də tətbiq edib.

Xəbəri paylaş: