Azərbaycan heç bir müharibəyə hazırlaşmır

img

Son zamanlar, sosial şəbəkələrdə “Azərbaycan müharibənin bir atdımlığında” “Müharibə qapıda” və s. xəbərlərin paylaşılmasına rast gəlinib.

Bu mövzu barəsində Rezonans.az-a Azərbaycan Milli Vətənpərvərlər Birliyinin sədri Rauf Bayrambəyli  danışıb.

Rauf Bayrambəyli qeyd edib ki, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, nə zaman ki Azərbaycan Dövləti tarixi ana imza atır, həmin zaman mütləq formada, xaricdən maliyələşən və yaxud da, Azərbaycan Dövlətinə düşmən mövqedə olan bəzi qüvvələr habelə xarici xüsusi xidmət orqanlarına agentlik edən bəzi medialar , vətəndaşlar əhalini vahimə və narahatlıq hissi ilə çaşdırmağa çalışırlar.

Məqsəd, vətəndaşlarımızda Dövlətə qarşı inamsızlıq , güvənsizlik yaratmaqdır. 

Bildirmək istərdim ki,Azərbaycan heç bir müharibəyə hazırlaşmır. Bu xəbər tamami ilə yalan informasiyadır. Dövlət başçısının çıxışlarından bəzi nüansları montaj edərək və yaxud da çıxışlardan bəzi cümlələri məqsədli şəkildə çıxararaq özlərinə sərf edən formada paylaşım etməyə çalışırlar. Mən burdan həmin mediaların və vətəndaşların nəzərinə çatdırmaq istəyirəm ki, dezinformasiya yaymaq, əhali arasında vahimə yaratmaq, cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb etmə şəraiti yaradır. 

Əhalidən, bu tip dezinformasiyalara uymamağa, ayıq-sayıq olmağa dəvət edirəm.

Xəbəri paylaş: