İyulun 14-də Milli Şura müxalifət fraksiyalarının deputatlarının səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə bağlı Ermənistan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmək üçün növbədənkənar iclas keçirəcək.
Rezonans.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Milli Şura sabah növbədənkənar iclas keçirərək 33 müxalifətçinin mandatdan məhrum edilməsi məsələsi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək", - deyə KİV-də bildirilib.
Qeyd edək ki, layihə “Ermənistan” və “Mənim namusum var” fraksiyalarının 33 deputatına aiddir. “Mənim Namusum var”dan Taquhi Tovmasyan və fraksiyadan çıxan istiqlalçı deputat İşxan Saqatelyanın adı həmin siyahıda yoxdur.










