1993-cü il oktyabrın 3-də qədirbilən xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

img

1993-cü ilin 3 oktyabrında keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə müstəqil Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Çünki xalq Heydər Əliyevə yalnız bir lider kimi deyil, həm də xilaskar kimi baxırdı. Onun zəngin siyasi təcrübəsi, müdrikliyi və qətiyyətli addımları sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etməklə, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, Ulu Öndər Heydər Əliyev kimi fenomen bir şəxsiyyət ölkəyə rəhbərlik etdi. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. 3 oktyabr 1993-cü il hadisəsi təkcə siyasi hakimiyyət dəyişikliyi deyildi. Bu, xalqın müdrik seçimiydi və Azərbaycan dövlətçiliyinin gələcəyini müəyyənləşdirən mühüm tarixi dönüm nöqtəsi idi. Heydər Əliyev Azərbaycanın milli maraqlarını qoruyaraq ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, müstəqilliyi dönməz etdi və gələcək inkişaf üçün möhkəm zəmin hazırladı.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: