
“Bir neçə ay əvvəl də Ağ evdə olarkən dediyim kimi siz transformativ (dəyişiklik yaradan) prezidentsiniz”.
Rezonans.az xəbər verir ki, bu sözləri Kanada Baş naziri Mark Karni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı deyib.
Baş nazir bildirib ki, o vaxtdan bu yana iqtisadiyyatda dəyişiklik, NATO tərəfdaşlarının müdafiə xərclərinə dair görünməmiş öhdəliklər götürməsi, Hindistan və Pakistan, Azərbaycan və Ermənistan arasında sülh baş verib. O, dəyişikliyin Kanada ilə ABŞ münasibətlərində də olduğunu qeyd edib.