
Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Nəticədə minlərlə sakin doğma yurdlarından didərgin düşdü, rayonun maddi-mədəni irsi dağıdıldı, təbiəti talan edildi. Lakin xalqımız heç vaxt bu itkini qəbul etmədi və illərlə doğma torpaqlarına qayıdacağı günün həsrətini yaşadı. Bu gün Zəngilan azadlıqdan sonra tamamilə yeni həyat yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində rayonun bərpası və yenidən qurulması sürətlə davam edir. Qısa müddətdə Zəngilan şəhərinin Baş planı təsdiqlənmiş, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında müasir infrastruktur qurulmuşdur. Rayon ərazisində Ağalı kəndi “ağıllı kənd” modeli kimi bütün dünyaya nümunə göstərilir. Burada artıq həyat bərpa olunub, sakinlər öz doğma yurdlarına qayıdıblar. Yeni məktəblər, səhiyyə müəssisələri, yollar, enerji və rabitə xətləri salınır, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu gün Zəngilan yenidən inşa olunur, kəndlər, qəsəbələr müasir görkəm alır. Azərbaycanda ilk olaraq Zəngilanın Ağalı kəndində 200 evdən ibarət "ağıllı kənd" konsepsiyası yerinə yetirilib. Burada "ağıllı dövlət" idarəçiliyi, "ağıllı infrastruktur" və xidmətlər, eyni zamanda "ağıllı təsərrüfat" və biznes mühiti yaradılıb, Sonra isə genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Bu gün Ağalıda məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, "ASAN", "DOST", kiçik və orta biznesə dəstək xidmətləri fəaliyyət göstərir. Azərbaycanın müasir tarixində elə anlar var ki, onlar yalnız bir günün, bir hadisənin deyil, bütöv bir xalqın ruhunun, mübarizəsinin və inamının simvoluna çevrilir. Zəngilan şəhərinin azad olunması və hər il qeyd edilən Zəngilan şəhəri günü də məhz belə tarixi məqamlardandır. Bu gün Zəngilan adı çəkiləndə yalnız bir coğrafiya deyil, bir xalqın yenidən doğuluşu, bir dövlətin qüdrəti və bir liderin iradəsi göz önünə gəlir. 44 günlük Vətən müharibəsinin ən qürurlu səhifələrindən biri məhz Zəngilanın azad olunması oldu. 2020-ci ilin oktyabrında cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza bu sözlərlə tarixi müjdə verdi: “Bu gün Zəngilan şəhəri azad edildi! Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi