Qubadlı böyük potensiala malikdir

img

5 il öncə Azərbaycan Ordusu yazdığı şanlı və şərəfli tarixlə xalqımızın səbirsizliklə gözlədiyi bu günləri bəxş etdi. Artıq  qələbə günlərini, torpaqlarımızın işğaldan azad olunduğu tarixləri böyük qürur hissi ilə qeyd edirik. Oktyabrın 25-i Qubadlı Şəhəri Günüdür. Qubadlının azad olunmasından beş il ötür. Bu gün Qarabağ münaqişəsi tarixə qovuşsa da, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün  qarşı tərəfə sülh təklifi edilsə də mənfur düşmənin 30 ildə bu torpaqlarımızdakı vəhşiliklərini, çox da uzaq olmayan 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi, həmçunin Kəlbəcərin, Laçının boşaldılması zamanı  törətdikləri  təxribatları, vandalizmi unutmamışıq. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazanmışıq. Qubadlının azad edilməsindən sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə bu torpaqlara səfər ediblər. Hər səfər bir mərhələnin, bir inkişaf dövrünün təntənəsi kimi tarixə yazılıb. Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də – Qubadlının azad edilməsinin ildönümündə rayon ictimaiyyəti ilə görüşdülər. Dövlət başçısı bu səfər zamanı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrindən Qubadlı şəhərinə gedən Xanlıq-Qubadlı yolunun təməlini qoydu. Həmin gün “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi. Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Bu gün Qubadlıda da quruculuq, bərpa işləri, müasir nəqliyyat, enerji və sair sosial-iqtisadi infrastruktur layihələri icra olunmaqdadır. Qubadlı böyük potensiala malikdir. Zəngin təbiəti, təbii sərvətləri vardır. Həkəri, Bazarçay, Bəsitçay və Tərtər çayı vasitəsilə  su resurslarımızdan da səmərəli istifadə etmək imkanı qazandıq. Ən əsas məsələ  Qubadlı sakinlərinin də  bölgənin inkişaf konsepsiyasında yaxından iştirak etməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin   görülən işlərlə yaxından tanış olmaq üçün mütəmadi bölgələrə səfəri ictimaiyyətdə böyük rəğbət hissi yaradır.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: