Tailand və Kamboca sülh sazişi imzaladılar

img

Tailand və Kambocanın baş nazirləri Anuthin Çanvirakun və Hun Manet ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində sülh sazişi imzalayıblar.

Rezonans.az bu barədə TASS-a istinadən xəbər verir.

Daha əvvəl Tailand Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin baş direktoru və mətbuat katibi Nikondet Phalanqkun bildirmişdi ki, tərəflər sülh sazişi deyil, münaqişənin sülh yolu ilə nizamlanması üçün əsas yaradan birgə bəyannamə imzalayacaqlar.

Xəbəri paylaş: