Təxminən 1 həftə əvvəl oğurluq baş vermiş Luvr muzeyindəki bəzi qiymətli eksponatlar Fransa Bankına daşınıb.
Rezonans.az “Figaro”ya istinadla xəbər verir ki, köçürülmə polisin müşayiəti ilə həyata keçirilib. Bankın deposuna daşınan əşyaların əsasən qiymətli daş-qaş olduğu bildirilir.
Fransa Bankının deposu 26 metr dərinlikdə yerləşir. Burada ölkənin əsas qızıl ehtiyatları ilə yanaşı, Leonardo da Vinçinin 600 milyon avro dəyərində əlyazmaları da qorunur.
Qeyd edək ki, həftə ərzində Luvr muzeyindən 88 milyon avroluq, Maarifçilik evindən (Didro muzeyi) isə 90 min avroluq eksponatlar oğurlanıb.









