"Balıkesirdə baş verən və qonşu əyalətlərdə də hiss olunan zəlzələdən zərər çəkən vətəndaşlarımıza "keçmiş olsun" diləklərimi çatdırıram".
Rezonans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediada paylaşıb.
"Müvafiq bölmələrimiz, xüsusən də AFAD, yerində araşdırmalar aparır və nəticələrin qarşısını almaq üçün tədbirlər görür. Vəziyyəti yaxından izləyirik", - deyə o qeyd edib.









